Home » AccessBank-ın İdarə Heyətinə yeni təyinat olub

AccessBank-ın İdarə Heyətinə yeni təyinat olub

by anar
0 comments 3 views 1 minutes read

Tamamilə xarici səhmdarlara malik AccessBank QSC-in Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Bankın İdarə Heyətinə yeni üzv təyin edilib. Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov artıq İdarə Heyətinin üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb.

Renat Hümbətov 18 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Bankın Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbəri olmaqla yanaşı həm də Regional menecer kimi fəaliyyət göstərib. 2021-2022 illərdə isə Bankın Mikro və Aqro Müştərilərlə iş üzrə Departamentinin rəhbəri olub.  O, 2022-ci ilin aprel ayından Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktordur.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.