Home » “AccessBank” istifadəyə yeni nəsil ATM-lər verir

“AccessBank” istifadəyə yeni nəsil ATM-lər verir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Müştərilərinin rahatlığını düşünən “AccessBank” xidmətində yenilik edib. Belə ki, Bank, ATM şəbəkəsini pilləli şəkildə yeniləməyə başlayıb. “AccessBank”ın paytaxt filiallarında yeni nəsil ATMlər – “Ncr Selfservice” müştərilərin xidmətinə verilib. “Touch-screen” ATM-lərin özəlliyi özünəxidmət funksiyasına malik olmalarındadır. ATM-lər standart məxaric əməliyyatları ilə yanaşı, həm də karta mədaxil və yerində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirdə bilir. ATM-lərin bu funksiyaları sayəsində “AccessBank” müştəriləri cari əməliyyatları 24\7 rejimində yerinə yetirə biləcəklər. Yeni ATM-lərin ilin sonunadək Bankın bütün filiallarında quraşdırılması nəzərdə tutulub.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 Əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.