Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"AccessBank" nağd kredit üzrə faiz dərəcəsini endirdi! - BBN

“AccessBank” nağd kredit üzrə faiz dərəcəsini endirdi!

Müştərilərinə daha sərfəli və əlçatan maliyyə imkanları təqdim etməyə davam edən “AccessBank QSC 40 000 manata qədər nağd kredit üzrə illik minimum faiz dərəcəsini artıq 10% əvəzinə, illik 9,5%-dən başlayan faiz dərəcəsi ilə təklif edir .

Yenilənmiş şərtlərə əsasən, nağd kredit üzrə minimum faiz dərəcəsi 9,5 %, maksimum isə 24 % təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) 15 %-dən başlayır və seçilən müddətə, kredit məbləğinə, eləcə də tətbiq olunan komissiyaya uyğun olaraq dəyişə bilər. Komissiya 0–3 % aralığında müəyyən edilir, kredit müddəti isə 6 aydan 48 aya qədər nəzərdə tutulur.

Müştərilər daha rahat planlama üçün kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlərini əvvəlcədən hesablaya bilərlər. Eyni zamanda, onlayn kredit xidməti ilə banka gəlmədən müraciət etmək və vəsaiti vaxt itirmədən, daha sürətli və rahat şəkildə əldə etmək mümkündür.

“AccessBank” müştərilərinə gündəlik ehtiyaclara uyğun, etibarlı və sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.

AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (FacebookInstagramLinkedIn) müraciət edə bilərsiniz.

“AccessBank” Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı