Home » “AccessBank” növbəti dəfə “STP Quality Award” mükafatına layiq görülüb

“AccessBank” növbəti dəfə “STP Quality Award” mükafatına layiq görülüb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“AccessBank” beynəlxalq ödəmələrin yüksək səviyyədə icrasına görə, növbəti dəfə nüfuzlu bank mükafatına layiq görülüb. Bank, artıq 2 il ardıcıl olaraq, “Raiffeisen Bank International AG” tərəfindən “STP Quality Award” mükafatı ilə təltif olunur.

STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.

“AccessBank”ın ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova:”Belə nüfuzlu mükafata layiq görülməyimiz komandamızın peşəkarlıq səviyyəsinin və beynəlxalq ödənişlər sahəsinin yüksək tələblərinə cavab verməyimizin göstəricisidir. Bununla belə, müştərilərimizə daha yaxşı xidmət göstərməyimiz üçün daxili prosesləri daima təkmilləşdiririk.”

“AccessBank” müştərilərinə beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətləri təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmalar həyata keçirmə imkan yaradır.  

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.