Home » AccessBank ötən il 472 sahibkara dəstək olub

AccessBank ötən il 472 sahibkara dəstək olub

by bbnadm
0 comments 0 views 1 minutes read

AccessBank Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə 2021-ci ildə sıx əməkdaşlıq etmiş kredit təşkilatları arasında ilk üçlükdə yer alır. Fond ötən il ümumilikdə 44 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edib.

AccessBank-ın Sahibkarlığın İnkişaf Fondu ilə birgə əməkdaşlığının nəticəsi olaraq, Bank 2021-ci ildə ümumilikdə 472 layihənin maliyyələşdirilməsinə  dəstək verib. Bunlardan ümumi məbləği 7 milyon manat olan 324 layihə güzəştli kreditləri əhatə edib. Kredit tələbatı 22,5 milyon manat olan 148 layihəyə isə SİF-in dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində 10,1 milyon manat dövlət zəmanəti verilib.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.