Home » “Açıq bankçılığın tənzimlənməsi” adlı vebinar keçirilmişdir

“Açıq bankçılığın tənzimlənməsi” adlı vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla birgə tədbirlər həyata keçirməkdə davam edir.

Növbəti tədbir olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə 4 noyabr 2021-ci il tarixində banklar və fintexlərin müvafiq əməkdaşları üçün “Açıq bankçılığın tənzimlənməsi” adlı vebinar keçirilmişdir.

Vebinarda “Açıq Bankçılıq” konsepsiyasının təqdim edilməsi, o cümlədən müxtəlif müştəri seqmentləri üçün əsas istifadə halları, üstünlüklər, tənzimləmədə əsas yanaşmalar və s. məsələlər müzakirə edilmişdir.

Vebinar zamanı IFC-də (Dünya Bankı Qrupu) Qlobal Rəqəmsal Transformasiya üzrə Mütəxəssisi Jose M. Moreno De Barreda və Azərbaycanda ilk Blokçeyn əsaslı platformanın layihə rəhbəri Sahib Həsənov məruzəçi qismində çıxış etmişdir. 

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.