Home » ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

by Aytac
0 comments 1 views 1 minutes read

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 5,3 %-i səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asiyanın İnkişaf Perspektivləri” adlı aprel icmalına istinadən xəbər verir.

Gözləntilər bu il neft qiymətlərinin artması ilə əlaqədardır.

“2027-ci ildə ixrac gəlirlərinin azalması fonunda cari əməliyyatlar hesabı profisitinin ÜDM-in 3,5 %-dək azalması gözlənilir”, – hesabatda qeyd olunub.

2025-ci ilin yekunlarına görə, bu göstərici 3,475 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb, bu da ÜDM-in 4,6 %-nə bərabərdir.

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 2026-cı ildə ÜDM-in 6,5 %-i, 2027-ci ildə isə 1,7 %-i səviyyəsində qiymətləndirir.

“Moody’s” beynəlxalq reytinq agentliyi cari hesabın profisitini 2026-cı ildə ÜDM-in 5 %-i, növbəti il isə ÜDM-in 5,2 %-i həcmində proqnozlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.