Home » ADB Azərbaycanda ağır sənaye və dəniz nəqliyyatına texniki yardım ayırır

ADB Azərbaycanda ağır sənaye və dəniz nəqliyyatına texniki yardım ayırır

by yunus
0 comments 0 views 1 minutes read

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla bir sıra region ölkələrində ağır sənaye və dəniz nəqliyyatı sahələrində karbon emissiyalarının azaldılması məqsədilə 1,5 mln. ABŞ dolları həcmində regional texniki yardım layihəsi həyata keçirir.

BBN.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB)  bildirilib. Qeyd edilib ki, layihə sement, polad, gübrə və petrokimya sənayesi, eləcə də dəniz nəqliyyatı kimi karbon tutumu yüksək olan sahələrdə təmiz enerji keçidi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur.

Texniki yardım Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Türkmənistan və Özbəkistan üzrə tətbiq edilə biləcək qiymətləndirmələri, yol xəritələrinin hazırlanmasını, institusional potensialın gücləndirilməsini və gələcəkdə maliyyələşdirilə biləcək layihələr portfelinin formalaşdırılmasını əhatə edir.

ADB bildirir ki, bu sahələr qlobal karbon emissiyalarının təxminən 30 faizini formalaşdırır və onların karbonsuzlaşdırılması Paris Sazişinin hədəflərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bankın məqsədi texniki dəstək vasitəsilə ağır sənaye və nəqliyyat sektorlarında ilkin layihələrin hazırlanmasına və investisiya prosesinin sürətləndirilməsinə dəstək verməkdir.

Layihə ADB-nin iqlim dəyişikliyi ilə mübarizə, institusional potensialın artırılması və regional əməkdaşlığın genişləndirilməsi üzrə prioritetlərinə uyğundur və 2027-ci ilin sonunadək icra olunacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.