Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib - BBN

ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ADB arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Qeyd olunub ki, bu əməkdaşlıq kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Tədbirdə 2025–2029-cu illər üzrə Azərbaycanla bağlı Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə olunub. Bildirilib ki, strategiya iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımı hədəfləyir.

Sahil Babayev çıxışında ölkə iqtisadiyyatının sabit və dayanıqlı inkişaf nümayiş etdirdiyini bildirib. Nazir kənd təsərrüfatı, İKT, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla həyata keçirildiyini vurğulayıb. Bununla yanaşı, “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı və tullantı sularının idarə olunması üzrə Dövlət Proqramı”, Bakı Metropoliteninin genişləndirilməsi və dəmiryolu infrastrukturunun modernləşdirilməsi istiqamətində ADB-nin dəstəyi xüsusi qeyd olunub.

Reyçl Tompson isə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və gələcəkdə tərəfdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Related posts

Azərbaycanda aqrar sığorta sistemi ilə bağlı vahid infrastruktur formalaşdırılır

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı