
2024-cü ildə Mərkəzi Asiya ölkələrinin bank sektorunda problemli kreditlərin (NPL) həcmi artıb. Bu barədə Asiya İnkişaf Bankı (ADB) məlumat yayıb.
Məlumata görə, region üzrə ümumi problemli kreditlərin həcmi ötən illə müqayisədə 12,3% artaraq 4,6 mlrd. ABŞ dollarına çatıb. Bununla belə, Mərkəzi Asiyada orta NPL nisbəti 0,1 faiz bəndi azalaraq 2,7%-ə enib.
Ölkələr üzrə göstəricilərə nəzər saldıqda, 2024-cü ilin sonuna Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 0,39 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 6,6% artıma bərabərdir. Lakin problemli kreditlərin ümumi kredit portfelində payı dəyişməyərək 1,9% səviyyəsində qalıb. Bu göstərici region üzrə ən aşağı səviyyələrdən biri hesab olunur.
Ermənistan 1,2%-lik göstərici ilə ən yaxşı nəticəni nümayiş etdirib. Qazaxıstanda problemli kreditlərin xüsusi çəkisi 3,1%, Özbəkistanda isə 3,9% təşkil edib.







