
Aprelin 3-də saat 10:00-da AFB Bank ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə Bankın 2025-ci il üzrə idarəetmə və kənar auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, Bank 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 70,393 milyon manatdır.
Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova (Azsığorta ASC-nin 100 %-lik səhmdarı, Bank of Baku ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova (Gilan Holdinq MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.





