4
Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.
BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, “Ağdağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq: “İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”.