Home » Ağdam Sənaye Parkında meşə zolağı yaradılır

Ağdam Sənaye Parkında meşə zolağı yaradılır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlumat verildiyi kimi, Ağdam Sənaye Parkında sosial zonanın yaradılması işləri yekunlaşıb. Hazırda Ağdam şəhərinin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir.

Belə ki, Ağdam Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir.

Qeyd edək ki, Ağdam Sənaye Parkında sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.