Home » Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə görüşüb.

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlər, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirlər qeyd edilib. Bu tədbirlərdə xüsusilə həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərin payının yüksək olduğu, məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın önəmi, vakansiya bankından aktiv istifadənin əhəmiyyəti vurğulanıb.

Daha sonra işəgötürənlər üçün güzəşt və imtiyazlar, Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanları, birgə peşə hazırlığının təşkili, əmək yarmarkalarında şirkətlərin aktiv iştirakı kimi məsələlər müzakirə edilib, işəgötürənlərin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.