Home » Agentlikdə Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində keyfiyyət infrastrukturunun inkişafına dair görüş keçirilib

Agentlikdə Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində keyfiyyət infrastrukturunun inkişafına dair görüş keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Görüşdə keyfiyyət infrastrukturu və rəqəmsal idarəetmənin inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub, keyfiyyət ekosisteminin ÜTT tələblərinə tam uyğunlaşdırılması və beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə bağlı fəaliyyətlər, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi üzrə Azərbaycan Hökumətinə dəstək” texniki yardım layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə Agentliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri, eləcə də  beynəlxalq ekspertlər iştirak ediblər.

Görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov, İqtisadiyyat Nazirliyinin Ticarət və xarici investisiya şöbəsinin müdir müavini Gülçin Ələsgərova, Keyfiyyət infrastrukturu və ticarətin asanlaşdırılması üzrə Baş konsultant Daniela Klejanu, Beynəlxalq ticarət və arbitraj üzrə konsultant Marius Bordalba çıxış ediblər. Çıxışlar zamanı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 36 aylıq icra müddətini əhatə edən texniki yardım layihəsinin məqsədləri və əhatə dairəsi barədə məlumat verilib, ticarət və investisiya siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, eləcə də keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sistemlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində həmçinin ölkəmizdə keyfiyyət infrastrukturunun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəbul edilmiş standartlar və hazırlanmış texniki reqlament layihələri diqqətə çatdırılıb, keyfiyyət ekosisteminin ÜTT tələblərinə tam uyğunlaşdırılması və beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələrdə sözügedən layihənin başlanğıc mərhələsinin yekunlaşdırılaraq icra mərhələsinə keçidin zəruriliyi bildirilib, bu sahədə konkret fəaliyyət istiqamətlərini əhatə edən ətraflı iş planının hazırlanmasının əhəmiyyəti qeyd olunub. Sonda layihə üzrə birgə əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı fəaliyyətin mərhələli və real vaxt çərçivəsində icrası ilə bağlı razılıq əldə edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.