Home » Agentliyin vakansiya bankında 47 min aktiv vakansiya mövcuddur

Agentliyin vakansiya bankında 47 min aktiv vakansiya mövcuddur

by khayale
0 comment 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan əmək yarmarkası və Məzun Forumu keçirilib.

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Türkiyə Universitetlərinin qonaq professorları, şəhid ailə üzvləri və digər qonaqlar iştirak edib.

Əvvəlcə qonaqlar əmək yarmarkasında stendlərlə tanış olublar, işəgötürənlərlə söhbət ediblər. Yarmarkada işsiz və iş axtaran şəxslərə 19 müəssisə tərəfindən 160 vakansiya təqdim edilib.

Daha sonra Forum öz işinə başlayıb. Universitetin rektoru Şahin Bayramov Forumun məhz Mingəçevir Dövlət Universitetində keçorilməsini yüksək qiymətləndirib, məzunların məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının və karyera sərgilərinin əhəmiyyətini qeyd edib. Rektor Universitetin əsas missiyalarından birinin cəmiyyətə töhfə vermək olduğunu, bu gün Zəngilan rayonunun Ağalı kəndində və Füzulidə çalışan müəllimlər arasında Universitetin məzunlarının da olduğunu bildirib.

“Əmək bazarı işsizə uyğunlaşmamalıdır, işsiz əmək bazarına uyğunlaşmalıdır”. Mustafa Abbasbəyli çıxışında əmək bazarına girişin təhsil ilə mümkün olduğunu, Dövlət Məşğulluq Agentliyi tərəfindən məzunların, gənclərin əmək bazarına uyğunlaşdırılması üçün ciddi addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, Universitetlərin inkişaf etməsi, infrastruktrun yaxşılaşdırılması və təhsilin əlçatan olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdəndir. Əmək bazarının yeni yanaşmaları barədə də danışan M.Abbasbəyli bu gün Agentliyin vakansiya bankında 47 min aktiv vakansiyanın olduğunu, işəgötürənlərin tələblərinə uyğun ixtisaslı kadrların tapılmasında müəyyən çətinliklərin yaşandığını vurğulayıb.

Forumda “Məşğulluq və universitet məzunu”,  “İnsan kapitalı inkişafında yeni trendlər” və “Müasir əmək bazarının əsas xüsusiyyətləri” mövzularında panel müzakirələr keçirilib, iştirakçıları maraqlandıran məsələr ətrafında fikir mübadiləsi aparılıb.

Forumda həmçinin Mingəçevir Dövlət Universitetinin Məzunlar Assosiasiyasınən təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.