Home » “Ahıllar Klubu”nun üzvləri Bəhram Bağırzadə ilə görüşdü

“Ahıllar Klubu”nun üzvləri Bəhram Bağırzadə ilə görüşdü

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

DOST Agentliyi tərəfindən yaradılan “Ahıllar Klubu”nun növbəti görüşü baş tutub. 5 saylı Bakı DOST Mərkəzində keçirilən tədbirin budəfəki qonağı Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə olub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş görüş səmimi söhbət mühitində keçib.

Bəhram Bağırzadə öz gəncliyi və fəaliyyəti haqqında təəssüratlarını bölüşüb. 84 kitab müəllifi olan Bəhram Bağırzadə yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını qonaqlara hədiyyə edib. Əsasən uşaqlar üçün nəzərdə tutulan bu kitabın klub üzvlərinin nəvə və nəticələri üçün faydalı bilik mənbəyi olacağı qeyd olunub.

Görüş zamanı Bəhram Bağırzadə iştirakçıların müxtəlif suallarını da cavablandırıb. Klubun üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, “Ahıllar Klubu” DOST mərkəzləri üzrə evdə (səyyar) sosial xidmətlər göstərilən şəxslərin sosial aktivliyə cəlb edilməsi məqsədi ilə yaradılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.