Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-da yerləşən çip istehsalçısı Intel-in bazardakı hökmranlığından sui-istifadə etdiyi səbəbilə “yenidən” cərimələnməsinə qərar verdiyini açıqlayıb.
Açıqlamada, Intel-in Aİ-nin antiinhisar qaydalarını pozaraq, rəqiblərini müvafiq bazardan kənarlaşdırmqla məşğul olduğu və bu cərimə qərarını Intel-in 2002-2006-cı illər arasında kompüter istehsalçıları Hewlett Packard, Acer və Lenovo-ya rəqib şirkətlərin mərkəzi prosessorlarının bazara çıxarılmasını gecikdirmək və onların satış kanallarını məhdudlaşdırmaq üçün etdiyi ödənişlərə görə verildiyi bildirilib.
BBN.az bildirir ki, 2009-cu ildə Aİ Komissiyası ABŞ-ın Intel şirkətini kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi səbəbilə 1,06 milyard avro məbləğində cərimə etmişdi.
Intel bu cəzaya qarşı hüquqi mübarizəyə başlatmışdı.
Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Aİ Baş Məhkəməsi 13 il əvvəl Intel-ə 1,06 milyard avro cərimə kəsən Komissiya qərarını 2022-ci ildə ləğv etmək qərarına gəlib.Məhkəmə, Komissiyanın İntel-ə qarşı cəriməyə dair araşdırmasının natamam olduğunu bildirib.