
Avropa İttifaqı (Aİ) texnologiya şirkəti Google-un bulud təhlükəsizlik platforması Wiz-i 32 milyard dollara satın almasını təsdiqləyib.
BBN.az xəbər verir ki, bəyanatda deyilir ki, sözügedən satınalmanın Avropa İqtisadi Bölgəsi daxilində heç bir rəqabət narahatlığı yaratmayacağı qənaətinə gəlinib.
“Google” 2025-ci ilin mart ayında Wiz-i 32 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb.
Avropa Komissiyasının Avropada fəaliyyət göstərən irimiqyaslı şirkətlərin birləşmə və satınalmalarına nəzarət etmək mandatı var.
Avropa Komissiyası araşdırma və sorğularında rəqabət əleyhinə təcrübələrin olub-olmadığını qiymətləndirir və rəqabət pozuntusu aşkar edildikdə birləşmələri və ya satınalmaları bloklaya bilər.
banco.az





