Home » Aİ-nin süni intellektin tənzimlənməsi qaydaları haqqında razılığı

Aİ-nin süni intellektin tənzimlənməsi qaydaları haqqında razılığı

by yunus
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Avropa İttifaqı (Aİ) qurumları ChatGPT və Gemini kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanun üzərində razılığa gəliblər.

BBN.az xəbər verir ki, Aİ Şurası üzv dövlətlər ilə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və dünyada ilk hərtərəfli süni intellekt qaydalarını gətirəcək “Süni İntellekt Qanunu” ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Qanuna görə Avropa ölkələrində istifadə ediləcək süni intellekt sistemlərinin təhlükəsiz olması və fundamental hüquqlara və Birlik dəyərlərinə hörmət etməsi lazımdır. Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq “risk əsaslı” yanaşma ilə tənzimlənəcək. Yüksək riskli süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq. Süni intellekti sadə proqram sistemlərindən ayırmaq üçün aydın meyarlar müəyyən ediləcək. Süni intellektin üzv ölkələrin və ya bu sahəyə təyin edilmiş hər hansı bir təşkilatın milli təhlükəsizlik səlahiyyətlərinə təsir etməməsi təmin ediləcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.