Home » Aİ X-ə cərimə tətbiq etməyə hazırlaşır

Aİ X-ə cərimə tətbiq etməyə hazırlaşır

by yunus
0 comments 0 views 1 minutes read

Avropa İttifaqı milyarder İlon Maskın sahibi olduğu “X” sosial media platformasının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna görə 2025-ci ilin sonuna qədər cərimələnə biləcəyini açıqlayıb.

BBN.az xəbər verir ki, 2023-cü ilin dekabrından bəri davam edən araşdırma hələ yekunlaşmasa da, AFP-nin məlumatına görə, Brüssel prosesin daha da uzadılmasını istəmir.

Aİ-nin DSA çərçivəsində ilk genişmiqyaslı araşdırması ABŞ-da siyasi mənzərənin dəyişməsi fonunda xüsusilə önəm daşıyır. İlon Maskla yaxın münasibətləri olan Donald Trampın yenidən prezident seçilməsi, Brüsselin Vaşinqtonla münasibətləri gərginləşdirmədən mümkün cəzanı necə elan edəcəyi ilə bağlı suallar yaradıb.

ABŞ-ın ticarət naziri Hovard Lutnik bu həftə Brüsseldə Aİ-nin texnologiya qaydalarını tənqid edərək, qurumu “köhnə işləri yenidən açmağa” çağırıb. Aİ rəsmiləri isə qərarların yalnız hüquqi çərçivəyə əsaslandığını vurğulayırlar.

Aİ-nin rəqəmsal siyasət üzrə rəhbəri Henna Virkkunen yaxın həftələrdə araşdırmaların bir hissəsinin başa çatacağını gözlədiyini bildirib.

“X” ilə bağlı araşdırma qeyri-qanuni məzmunun silinməsi, dezinformasiyanın yayılması, reklamların şəffaflığı və tədqiqatçılar üçün məlumat əlçatanlığı kimi bir sıra məsələləri əhatə edir.

İlkin cəzanın isə 2024-cü ilin iyulunda açıqlanan pozuntular əsasında verilməsi gözlənilir. Həmin vaxt Komissiya platformanın mavi işarə sisteminin istifadəçiləri çaşdırdığını və ödənişli etiketlər səbəbindən etibarlılığını itirdiyini bildirmişdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.