Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AİB: Azərbaycanda iqtisadi artım tempi zəifləyəcək, inflyasiya yüksələcək - BBN

AİB: Azərbaycanda iqtisadi artım tempi zəifləyəcək, inflyasiya yüksələcək

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı 2026 və 2027-ci illər üzrə proqnozlarını açıqlayıb.

Bankın hesabatına əsasən, Azərbaycanda ÜDM artımı 2026-cı ildə 2%, 2027-ci ildə isə 1,8% səviyyəsində gözlənilir. Qeyd olunur ki, artım tempinin zəifləməsi əsasən neft hasilatının azalması ilə bağlıdır.

AİB-in qiymətləndirməsinə görə, aqrar sektor 2026-cı ildə 1,4%, 2027-ci ildə isə 1% artacaq. Sənaye istehsalında isə artım daha zəif olacaq – müvafiq olaraq 0,2% və 0,1%.

Hesabatda dövlət maliyyəsi ilə bağlı göstəricilərə də yer verilib. Belə ki, dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2%-i, 2027-ci ildə isə 2,1%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) transfertlərinin 2026-cı ildə ÜDM-in 9,3%-ni təşkil edəcəyi gözlənilir.

Bundan əlavə, dövlət büdcəsi xərclərinin ÜDM-in 30,3%-i səviyyəsində olacağı, bunun 10,2%-nin isə dövlət əsaslı vəsait qoyuluşlarına yönəldiləcəyi bildirilib.

AİB inflyasiya ilə bağlı da proqnozlarını açıqlayıb. Belə ki, ölkədə orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 4,9% olacağı gözlənilir. Bank qeyd edir ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması idxal xərclərini artıraraq inflyasiyanı yüksəldəcək, 2027-ci ildə isə bu təzyiqlər azalacaq.

Qeyd edək ki, AİB 2026-cı il üzrə əvvəlki proqnozu ilə müqayisədə artım qiymətləndirməsini 2,2 faiz bəndi artırıb, 2027-ci il üzrə proqnoz isə ilk dəfə təqdim olunub.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı