Home » AKBA: İnvestisiya şirkətləri maliyyə sektorunun istiqrazlarına maraq göstərir

AKBA: İnvestisiya şirkətləri maliyyə sektorunun istiqrazlarına maraq göstərir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri maliyyə sektorunun buraxdığı istiqrazları öz portfellərinə daxil etməkdə maraqlıdır.

Bu barədə “Azərbaycan Kapital Bazarları Assosiasiyası” (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov Bakıda keçirilən 1-ci İnvestor–Mikromaliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, investisiya şirkətləri 5 milyon manata qədər istiqraz portfeli formalaşdırmağa hazırdır.

O.Bağırov qeyd edib ki, son 10 ildə istiqraz bazarı əhəmiyyətli dərəcədə genişlənib və likvidlik artıb. “Bütün mikromaliyyə təşkilatlarını investisiya şirkətləri vasitəsilə vəsait cəlb etməyə çağırardım. Bu, olduqca vacibdir. İstiqraz kütləvi şəkildə buraxılır və bazar həmin təşkilatın hansı məbləğdə və hansı müddətə borclana bildiyini açıq şəkildə görür. Bu, bazara verilən konkret mesajdır”, – deyə o vurğulayıb.

AKBA rəsmisi əlavə edib ki, istiqraz bazarında formalaşan faiz dərəcələri gələcəkdə həmin təşkilatların ikitərəfli borc razılaşmalarında da mühüm bençmark rolunu oynayır.

Foto: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.