Home » AKBA MMX ilə Anlaşma Memorandumu imzalayıb

AKBA MMX ilə Anlaşma Memorandumu imzalayıb

by yunus
0 comments 0 views 1 minutes read

“Azərbaycan Kapital Bazarları Assosiasiyası” (AKBA) İctimai Birliyi Maliyyə Monitorinqi Xidməti (MMX) ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

BBN.az Assosiasiyaya istinadən xəbər verir ki, sənədin əsas məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlığı inkişaf etdirmək, müvafiq sahələr üzrə institusional və davamlı birgə fəaliyyət qurmaqdır.

Memorandum çərçivəsində yeni texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların tətbiqi, kibercinayətkarlıqla mübarizə sahəsində operativ və səmərəli məlumat mübadiləsinin təmin olunması nəzərdə tutulur. Tərəflər qarşılıqlı əməkdaşlıq vasitəsilə maliyyə sektorunda şəffaflığın artırılmasına, risklərin azaldılmasına və qabaqlayıcı mexanizmlərin gücləndirilməsinə töhfə verməyi hədəfləyirlər.

Memorandum eyni zamanda bilik və təcrübə mübadiləsinin təşviq olunmasını, birgə təşəbbüs və layihələrin həyata keçirilməsini də əhatə edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.