Home » Aktau-Siyəzən marşrutu üzrə sualtı optik xəttin çəkilişinə 2024-cü ilin sonunadək başlanılacaq

Aktau-Siyəzən marşrutu üzrə sualtı optik xəttin çəkilişinə 2024-cü ilin sonunadək başlanılacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikinti işlərinə 2024-cü ilin sonunadək başlanılacaq.

“AzerTelecom” şirkətindən BBN.az-a verilən məlumata görə, layihə çərçivəsində Qazaxıstanın “Kazakhtelecom” şirkəti ilə əməkdaşlıq şərtləri haqqında saziş imzalanıb.

Saziş strateji tərəfdaşlığın əsas sənədidir və iki şirkət arasında daha öncə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın başlıca şərtlərini müəyyən edir.

Hazırda yüksək səviyyəli dizayn layihəsi hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib, tədqiqat işlərinin bitməsindən sonra Xəzərin dibi ilə birbaşa optik xəttin tikintisi aparılacaq.

Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.