Home » Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri ilə bağlı görüş keçirilib

Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri ilə bağlı görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Görüşdə Rəqabət Məcəlləsində yer alan yeni hüquqi alətlərin əhəmiyyətindən bəhs edilib, qanunvericilik aktının düzgün tətbiq edilməsində məhkəmələrin roluna dair müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Ali Məhkəməsi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri arasında Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı görüş keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, hakimləri və digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Rəqabət Məcəlləsində yer alan yeni hüquqi alətlərdən bəhs edilib, qanunvericilik aktında nəzərdə tutulan tənzimləmələrlə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, rəqabəti məhdudlaşdıran sazişlərin, iqtisadi təmərküzləşmələrin, hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması və təbii inhisar  subyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə təkmilləşdirilmiş hüquqi mexanizmlər  və alətlər ölkədə biznes mühitinin inkişafı üçün yeni imkanlar yaradacaq.

Bundan əlavə, Məcəllədə yer alan müddəaların düzgün tətbiqində məhkəmələrin rolundan bəhs edilib, məhkəmə aidiyyəti məsələsi, rəqabət orqanı tərəfindən barəsində qəbul edilmiş maraqlı şəxslərin rəqabət orqanının qəbul etdiyi qərar və göstərişlərdən məhkəməyə müraciət etmək hüququnun olması barədə müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.