

Xüsusilə Çinin tənzimləyici qurumları tərəfindən tənqid edilən Jack Ma-nın açıqlamalarından sonra Alibaba çətin anlar yaşayır. 2020-ci ilin oktyabr ayından etibarən səhmləri azalma tendensiyası yaşayan şirkət daxili bazarda bazar payının itirilməsini tam dayandıra bilməyib.
BBN.az xəbər veirr ki, Alibaba-nın Çin bazarında liderliyini itirməsi şirkətin daxili və xarici təzyiqlərlə üzləşdiyini göstərir.
PDD-nin sürətli inkişafı və Alibaba-nı ötməsi e-ticarət sənayesindəki rəqabətin nə qədər dinamik olduğunu ortaya çıxarır. Alibaba-nın qarşıdakı dövrdə atacağı addımlar və strategiyalar şirkətin rəqabət üstünlüyünü bərpa etmək yolunda mühüm təyinedicilər olacaq.