Home » Alibaba-nın birinci rübdə gəliri gözləntilərini üstələdi

Alibaba-nın birinci rübdə gəliri gözləntilərini üstələdi

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Alibaba Group Holding Ltd.-nin gəliri şirkətin elektron ticarət qolunun böyüməsindən sonra gözləntiləri üstələyib.

BBN.az xəbər verir ki, analitiklər şirkətin gəlirinin 223,75 milyard yuan (31,037 milyard dollar) olduğunu təxmin etmişdilər. Lakin şirkət birinci rüb üçün gəlirinin 234,16 milyard yuana çatdıraraq (33,37 milyard dollar) təxminləri üstələyib.

Alibaba-nın mənfəəti isə təxminən 50% artaraq 34,3 milyard yuana çatıb.

İlk rübdə bulud əməliyyatlarını 4% artıran şirkətin Çindəki pərakəndə elektron ticarət üzrə gəliri 13% artıb.

2023-cü ilin mart ayının sonunda Alibaba Qrupu 24 illik tarixində ilk dəfə ən böyük restrukturizasiyaya getdi. Belə ki, şirkət 220 milyard dollarlıq imperiyasını yeni restrukturizasiya ilə altı əsas vahidə bölməyi planlaşdırdığını açıqladı və hər birinin idarə heyətinin olacağını bildirmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.