Home » Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

by yunus
0 comments 1 views 1 minutes read

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir.

BBN.az xəbər verir ki, Almaniyanın aparıcı beyin mərkəzlərindən biri olan “İqtisadi Araşdırmalar İnstitutu (Ifo)” Almaniya əhalisinin 2070-ci ilədək əvvəlki proqnozlardan fərqli olaraq təxminən 10 faiz azalmasının gözlənildiyini açıqlayıb.

“Ifo” Almaniya əhalisinin gələcəyinə dair məlumatları əhatə edən “Almaniyada gələcək əhali inkişafı: əhalinin azalması və yaşlanması” adlı təhlilini dərc edib. Federal Statistika İdarəsinin (“Destatis”) yenilənmiş məlumatlarına əsaslanan araşdırmada bildirilib ki, ölkə əhalisi qarşıdakı illərdə gözləniləndən xeyli daha sürətlə azalacaq və eyni zamanda yaşlanma prosesi dərinləşəcək.

Təhlildə vurğulanıb ki, Almaniya əhalisi gələcək illərdə əvvəlki proqnozlarda nəzərdə tutulduğundan daha kəskin azalma göstərəcək. Belə ki, ölkə əhalisinin 2070-ci ilədək indiki səviyyə ilə müqayisədə təxminən 10 faiz geriləyəcəyi gözlənilir. Halbuki əvvəlki proqnozlarda bu azalmanın cəmi 1 faiz səviyyəsində olacağı ehtimal edilirdi.

Bu ciddi yenidən qiymətləndirmənin əsas səbəbi kimi 2022-ci il əhali siyahıyaalmasının nəticələri göstərilir. Həmin nəticələr Almaniyanın mövcud əhalisinin əvvəlki hesablamalarda göstərilən 81,9 milyon nəfərdən daha az olduğunu üzə çıxarıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.