Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Almaniyada biznes əhvalı sentyabrda gözlənilmədən pisləşdi - BBN

Almaniyada biznes əhvalı sentyabrda gözlənilmədən pisləşdi

Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada biznes mühiti üzrə göstəricilər sentyabr ayında gözlənilmədən zəifləyib. Bu barədə məlumat Almaniyanın Münhen şəhərində yerləşən Ifo İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən açıqlanıb.

BBN.az xəbər verir ki, məlumata əsasən, ölkədə biznes iqlimi indeksinin dəyəri sentyabr ayında 87.7 bənd təşkil edib. Bu göstərici avqust ayındakı 88.9 bəndlə müqayisədə azalma deməkdir və bazar gözləntilərindən də aşağıdır. Belə ki, analitiklər bu ay üçün 89.3 bənd səviyyəsində nəticə proqnozlaşdırırdılar.

Ifo İndeksi Almaniyada 9 minə yaxın şirkət arasında aparılan sorğu əsasında tərtib olunur və iqtisadiyyatın cari vəziyyəti ilə yanaşı, bizneslərin yaxın aylara dair gözləntilərini də əks etdirir. Açıqlanan rəqəmlər isə iqtisadi canlanma ilə bağlı nikbinlik yaratmaq əvəzinə, toparlanmanın daha da gecikəcəyi ehtimalını gündəmə gətirib.

Ifo İnstitutunun prezidenti Klemens Fuest bildirib ki, hazırda Almaniyanın əsas iqtisadi sahələrində — xüsusilə sənaye, ticarət və tikinti sektorlarında — əhval-ruhiyyə zəifləyib. Onun sözlərinə görə, bu dinamika iqtisadi zəifliyin davam etdiyini göstərir.

Son aylar Almaniya iqtisadiyyatı artan xərclər, zəif istehlak tələbi və yüksək faiz dərəcələri fonunda çətinliklərlə üzləşib. Enerji qiymətlərinin davamlı yüksək səviyyədə qalması, qlobal ticarət əlaqələrindəki qeyri-müəyyənlik və xüsusilə Çin bazarında tələbin azalması Alman istehsalçılarının fəaliyyətinə mənfi təsir göstərir. Sənaye istehsalı sahəsində daralma müşahidə olunur, avtomobil və maşınqayırma sektorlarında isə yeni sifarişlər kəskin şəkildə azalıb. İnşaat sahəsi də artan tikinti xərcləri və zəif maliyyələşmə imkanları səbəbilə durğunluq yaşayır.

Ekspertlərin fikrincə, sözügedən mənzərə Almaniyanın iqtisadi toparlanmasının daha da ləngiyə biləcəyini göstərir. Qeyd edək ki, Almaniya iqtisadiyyatı Avrozonada əsas lokomotiv rolunu oynadığı üçün burada yaşanan zəiflik bütövlükdə Avropa iqtisadiyyatı üçün də risklər yaradır.

Related posts

“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

Azərbaycanda investisiya ilə bağlı yenilik

“Morgan Stanley”: Texnologiya şirkətlərinin səhmləri daha da yüksələ bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı