Almaniyanın Rusiyadan təbii qaz ehtiyacını necə sıfırladığını nümayiş etdirən video data açıqlanıb

“2021-ci ilin mayında Rusiya Almaniyanın təbii qaz ehtiyacının 64.1%-ni təmin edirdi. Bu gün isə bu rəqəm 0%-dir”.

BBN.az xəbər verir ki, bu haqda özünün LinkedIn platformasındakı paylaşımında investisiya üzrə yazar, data üzrə analitik, Eagle-nin yaradıcısı James Eagle deyib.

O, əlavə edib ki, baxmayaraq ki, Rusiya Almaniyaya təbii qaz axınını dayandırdı, ancaq ölkənin ehtiyatı qışın ortasında 91%-dir. Yazar onlar bunu necə etdi deyə sual verir və əlavə edir ki, mühəndislər cəmi 200 günə idxal edilən LNG qazı (maye qaz) üzrə terminalın açılışını başa çatdırdılar.

James Eagle aşağıdakı dataya istinadən almanların bu çətin şəraitə necə adaptasiya olduğunu nümayiş etdirən videonu təqdim edib. Linkə klik edərək həmin videoya baxa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır