Home » “Amazon” 2025-ci ili güclü artımla başa vurdu

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

by yunus
0 comments 0 views 1 minutes read

“Amazon” 2025-ci ilin oktyabr-dekabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb.

BBN.az xəbər verir ki, ABŞ-da yerləşən elektron ticarət şirkəti Amazon-un ötən ilin dördüncü rübündə xalis satışları 213,4 milyard dollara, xalis mənfəəti isə 21,2 milyard dollara yüksəlib.

Müvafiq olaraq, şirkətin xalis satışları ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 14 faiz artaraq 213,4 milyard dollara çatıb. Bazar proqnozlarına görə, bu dövr üçün xalis satışların təxminən 211,3 milyard dollar olacağı gözlənilirdi.

Amazon-un xalis mənfəəti ötən ilin son rübündə 6 faiz artaraq 21,2 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 20 milyard dollar xalis mənfəət əldə etmişdi.

Elektron ticarət nəhənginin 2025-ci ilin son rübündə səhm başına qazancı 1,95 dollar olaraq proqnozlaşdırılırdı. Bu rəqəm ötən ilin eyni dövründə 1,86 dollar idi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.