Home » Amazona qarşı “gizli qiymət artımı” ittihamı

Amazona qarşı “gizli qiymət artımı” ittihamı

by yunus
0 comment 1 views 1 minutes read

FTC-nin ABŞ-ın pərakəndə satış nəhəngi Amazon-a qarşı sentyabr ayında açdığı iddia çərçivəsində yeni detallar açıqlanıb. Şikayət həmçinin şirkətin “Prime” funksiyasının bir hissəsi olaraq satıcılardan loqistika və çatdırılma xidmətlərindən necə istifadə etməyi tələb etdiyinə də aydınlıq gətirir.

BBN.az xəbər verir ki, Amazon-un digər onlayn pərakəndə satış şirkətlərinin qiymətlərini izlədiyini görmək və rəqiblərinin izləyəcəyi ehtimal olunan məhsulların qiymətlərini artırmaq üçün gizli bir alqoritm yaratdığını ifadə edən şikayət faylında Amazon-un bu alqoritmi amerikalıların pul kisəsindən 1 milyard dollardan çox pul çıxartmaq üçün istifadə etdiyi iddia edilirdi.

FTC, sentyabr ayında Amazon-a qarşı inhisar gücündən qeyri-qanuni istifadə edərək rəqabətə zidd hərəkət etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi.

Amazon-un qanunu böyük bir şirkət olduğu üçün deyil, mövcud rəqiblərin böyüməsinə və yeni rəqiblərin meydana çıxmasına mane olan istisna davranışlar göstərdiyinə görə pozduğunu iddia edən FTC, Amazon-un hərəkətlərinin heç bir rəqibin şirkətin bazardakı dominantlığını təhdid etməməsini təmin etdiyini qeyd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.