
2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, pul siyasəti üzrə qərarlar ictimaiyyətə aşağıdakı tarixlərdə açıqlanacaq:
-
4 fevral
-
2 aprel
-
6 may
-
24 iyun
-
5 avqust
-
23 sentyabr
-
4 noyabr
-
23 dekabr
Qeyd olunub ki, fevral, may, avqust və noyabr aylarında qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət ediləcək. Həmin günlərdə eyni zamanda ekspertlərlə görüşlər də keçiriləcək.
Bildirilib ki, pul siyasəti üzrə qəbul edilən qərarlar elan olunduqdan sonrakı iş günündən qüvvəyə minəcək.





