Home » AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib

AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üzrə aparılan cari nəzarət tədbirləri çərçivəsində bir neçə qurumun vəzifəli şəxsləri barəsində inzibati cərimələr tətbiq edib.

AMB bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, eləcə də “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması aşkarlanıb.

Qeyd olunan pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən:

  • BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4 500 manat,

  • “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8 000 manat,

  • BOKT “Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1 500 manat məbləğində cərimə edilib.

Məlumata görə, AMB tərəfindən nəzarət tədbirləri davam etdirilir və maliyyə bazarlarında şəffaflığın təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.