![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Mərkəzi Bankının təşəbbüsü ilə yaradılmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun Türkiyəyə səfəri təşkil olunub.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Ekspert Qrupunun üzvləri Türkiyənin bir sıra tanınmış banklarında və maliyyə institutlarında təcrübə mübadiləsində iştirak edib.
Beləliklə, müştəri şikayətlərinin idarə edilməsi, müraciətlərin araşdırılması prosesində süni intellektə əsaslanan həllərin tətbiqi, “CRM” sistemləri, müştəri məmnuniyyətin artırılması kimi mühüm məsələlərə dair yanaşmalar nəzərdən keçirilib.