“Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28% olmaqla (iyulda 6.96%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb”.
BBN.az xəbər verir ki, bu haqda AMB-nin faiz dəhlizinin parametrləri haqqında qərarında qeyd edilib.
Bildirilib ki, ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda tarixi minimumuna enib.
“Avqustda iş günlərinin 59%-də 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred 0.05%-i (həm müsbət, həm də mənfi spred) keçməyib. Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb”.