Home » AMB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

AMB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

by anar
0 comments 4 views 1 minutes read

“Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyili davam etmişdir. Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya avqustda 8% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7.6 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7.4%-ə enmişdir”. 

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə dair açıqladığı məlumatda bildirilib. 

AMB-dən bildirilib ki, illik inflyasiyanın dinamikası həm xarici, həm də daxili amillərdən təsirlənmişdir: “Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdı. Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır”, – deyə Mərkəzi Bankdan qeyd edilib. 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.