Home » AMB: Azərbaycanda maliyyə sektoru heç vaxt indiki qədər inkişaf etməyib

AMB: Azərbaycanda maliyyə sektoru heç vaxt indiki qədər inkişaf etməyib

by Zeyneb
0 comments 7 views 1 minutes read

Azərbaycanda maliyyə sektoru son illərdə öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, sektorda müşahidə olunan dinamika nəzərə alınaraq AMB siyasət, texnologiya və məhsul istiqamətləri üzrə bir sıra yeniliklər həyata keçirməyi planlaşdırır:

“İlin sonuna qədər bir neçə normativ sənəddə dəyişiklik ediləcək. Bütün yeniliklər müvafiq assosiasiyalarla sıx əməkdaşlıq şəraitində hazırlanır”, – deyə Xəlilov bildirib.

AMB sədr müavini vurğulayıb ki, texnoloji platformaların təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, Ani Ödənişlər Sistemində son 6 ayda ödənişlərin sayı 25 dəfə, internet və mobil bankçılıq kanalları üzrə dövriyyə isə 6 dəfə artıb. Bu artım həm sistemin dayanıqlığı, həm də əməliyyatların daha təhlükəsiz və aşağı xərcli olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəlilov əlavə edib ki, ölkədə AzQR standartının təsdiqlənməsi prosesi yekunlaşır:

“AzQR həm regionlarda, həm də mərkəzdə nağdsız ödənişlərin qəbulu prosesini asanlaşdıracaq və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Bu keçid yalnız maliyyə institutlarının deyil, sahibkarların da yükünü azaltmağı hədəfləyir.”

AMB rəsmisi bildirib ki, bütün bu yeniliklər fonunda nəzarət mexanizmləri də təkmilləşdirilir və qurumun əsas strategiyası risk əsaslı nəzarətə keçiddir. Bu məqsədlə həm yeni texnoloji həllər tətbiq olunur, həm də onların maliyyə institutları tərəfindən geniş istifadəsi üçün addımlar atılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.