Home » AMB bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələri açıqlayıb

AMB bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələri açıqlayıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Mərkəzi Bank tərəfindən 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Sorğu nəticələrinə əsasən 2022-ci ilin IV rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Banklar 2023-cü ilin I rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini bildiriblər. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2022-ci ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.