Mərkəzi Bank tərəfindən 2024-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2024-cü ilin III rübündə biznes portfeli üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmasa da, tələbdə artım müşahidə edilib. Respondentlərin cavablarına əsasən faiz dərəcələrinin artımı fonunda istehlak və ipoteka kreditləri üzrə standartlarda sərtləşmə, tələbdə isə cüzi azalma qeydə alınıb.
Sorğuya əsasən banklar 2024-cü ilin növbəti rübündə biznes, istehlak və ipoteka kreditləri üzrə kredit standartlarında dəyişikliyin baş verməyəcəyi, hər üç portfel üzrə kredit tələbində isə artım olacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2024-cü ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri