Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-də qadın əməkdaşların payı 38,1 %-ə yüksəlib - BBN

AMB-də qadın əməkdaşların payı 38,1 %-ə yüksəlib

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı-nda qadın işçilərin xüsusi çəkisi ötən illə müqayisədə 1 faiz bəndi artaraq 38,1 % təşkil edib.

Bu barədə qurumun “Dayanıqlı maliyyə hesabatı”nda bildirilib.

Sənədə əsasən, ötən il işə yeni qəbul olunan qadınların payı 38 %-dən 40,5 %-ə yüksəlib.

Hesabatda qeyd olunub ki, AMB-nin İdarə Heyətində qadınların payı dəyişməyərək 16,7 % səviyyəsində qalıb. Eyni zamanda qadın baş direktorların payı 20 %-dən 11,1 %-ə düşüb, qadın departament direktorlarının payı isə 17,1 %-dən 25,7 %-ə yüksəlib. Qadın bölmə və şöbə rəhbərlərinin payı da 27,4 %-dən 27,6 %-ə çatıb.

AMB hesabatda bildirib ki, qurum gender balansının təmin olunması istiqamətində bərabərlik prinsiplərini prioritet hesab edir və qadınlarla kişilər üçün iş yerində eyni imkanların yaradılmasına xüsusi önəm verir.

“Gender bərabərliyinə əsaslanan siyasət və tədbirlər işçi heyətinin müxtəlifliyini gücləndirərək inklüziv və balanslı iş mühiti formalaşdırır”, – deyə hesabatda vurğulanıb.

Qeyd edilib ki, departament direktorları arasında qadınların payının artması onların qərarvermə səviyyəsində real təmsilçiliyini göstərir və təşkilatda qadınların rəhbər vəzifələrə irəliləməsi üçün imkanların mövcud olduğunu əks etdirir.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı