Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib - BBN

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

PAŞA Bankın rəhbərliyində dəyişiklik baş verib.

Məmmədov Şahin Çingiz oğlu bankın Müşahidə Şurasının sədri təyin edilib. O, bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlunu əvəz edib.

Qeyd olunub ki, Şahin Məmmədov bundan əvvəl bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.

Bundan əlavə, yeni təyinata əsasən, Səfərəli Nailə Nurəddin qızı bankın Müşahidə Şurasının yeni üzvü təyin olunub.

Məlumata görə, Şahin Məmmədov 2009-cu ildə “PAŞA Bank”ın Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin olunub. 2011-ci ildə Baş Maliyyə İnzibatçısı (CFO) və İdarə Heyətinin üzvü vəzifələrini icra edib.

2013-cü ildə o, PASHA Bank Georgianın İdarə Heyətinə daxil olub və biznesin inkişafı istiqamətinə kuratorluq edib. 2014-cü ilin iyul ayında isə bankın Baş icraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

2015-ci ilin mart ayından etibarən Şahin Məmmədov PASHA Bank Türkiyenin İdarə Heyətinin üzvü olub. Bununla yanaşı, hazırda Paşa Sığortanın Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərir.

Related posts

AMB sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi qaydalarını dəyişib

Əhalinin əmanətləri artır, şirkətlərin depozitləri azalır – İqtisadçı səbəbləri açıqladı

Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı