Home » AMB-dən inflyasiya proqnozu

AMB-dən inflyasiya proqnozu

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

“Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib. Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır”.

BBN.az xəbər verir ki, bu barədə AMB tərəfindən bu gün açıqlanan faiz dəhlizinin parametrləri haqda məlumatda qeyd edilib.

“İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”, – deyə bildirilib.

Qeyd edilib ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb:

“Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır”.

Tənzimləyici qurumun məlumatında qeyd edilib ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcəkdir”.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.