1

Azərbaycan Mərkəzi Bankı (AMB) “Atasığorta” və “A-Qroup Sığorta” ASC-lərə icrası məcburi olan sərəncamlar təqdim edib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, aparılan monitorinqlər nəticəsində hər iki sığorta şirkətində müstəqil ekspertlərlə müvafiq mülki-hüquqi müqavilələrin bağlanmaması halları aşkarlanıb.
Qanunvericiliyin — xüsusilə də “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə uyğun olaraq, şirkətlərə icrası məcburi sərəncam verilməsi qərara alınıb.





