Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatını açıqlayıb.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, hesabat dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələr əsasında hazırlanıb. Sənəd maliyyə sektorunda şəffaflığın artırılması, həmçinin iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.
Hesabat 4 əsas bölmədən ibarətdir:
- “İqlim dəyişikliyi və ölkənin dayanıqlığı”;
- “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası”;
- “AMB və dayanıqlılıq”;
- “2026-cı il üzrə hədəflər”.
AMB bildirib ki, 2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatı ilə tanış olmaq üçün müvafiq linkə daxil olmaq mümkündür.