Mərkəzi Bankın sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, Mərkəzi Bankın sektorun inkişafı ilə bağlı strateji planları, real sektorun maliyyəyə çıxış imkanlarının genişləşdirilməsi, eləcə də “yaşıl keçid”lə bağlı icra olunacaq təşəbbüslərə AYİB-in dəstək imkanları müzakirə olunub.
Görüşdə həmçinin Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.