
Bakı, 17 fevral 2026 — Azərbaycan Mərkəzi Bankı (AMB) fintex ekosisteminin institusional əsaslarının gücləndirilməsi və sektora dair əməkdaşlığın daha sistemli qurulması ilə bağlı görüş keçirib.
Görüşdə qurumun sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin üzvləri ilə bir araya gəlib.
Görüşdə fintex ekosisteminin növbəti mərhələdə institusional əsaslarının gücləndirilməsi, AMB ilə sektor arasında əməkdaşlığın sistemləşdirilməsi və 2027–2030-cu illər üçün strateji prioritet istiqamətlər müzakirə olunub. Eyni zamanda, maliyyə sisteminin bütövlüyünün qorunması, dələduzluq və qanunsuz əməliyyatlara qarşı nəzarət mexanizmlərinin gücləndirilməsi prioritet mövzu kimi diqqətə çatdırılıb.





