Home » AMB ev təsərrüfatlarının maliyyə davranışları üzrə sorğuya başlayır

AMB ev təsərrüfatlarının maliyyə davranışları üzrə sorğuya başlayır

by yunus
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən rəqəmsal platforma üzərindən ev təsərrüfatlarının maliyyə davranışları və niyyətlərinə dair sorğuya start verib.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

Onun sözlərinə görə, sorğunun əsas məqsədi ev təsərrüfatlarının istehlak və yığım davranışları barədə məlumat toplamaqdır:
“Bundan əlavə, qərarlara təsir edən amillərə dair ayrıca informasiya bloku nəzərdə tutulub. Digər bölmədə isə borc yükü və onun ödənilməsi imkanları ilə bağlı məlumat toplanacaq. Sorğunun rübdə bir dəfə olmaqla, il ərzində dörd dəfə keçirilməsi planlaşdırılır”.

Report

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.