Home » AMB iki BOKT-un vəzifəli şəxslərini cərimələdi

AMB iki BOKT-un vəzifəli şəxslərini cərimələdi

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının vəzifəli şəxslərini cərimələyib.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması halları müəyyən edilib.

Bununla əlaqədar olaraq, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun şəkildə BOKT “Finans Kredit” MMC-nin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.